Məmmədyarov Aronyanı üstələdi
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Moskvada Mixail Talın xatirəsinə təşkil olunan yarışda blitz mərhələsinin qalibi olub. SportLine.az xəbər verir ki, 9 turdan sonra 7,5 xal toplayan şahmatçımız Levon Aronyanı 2 xal qabaqlayıb. Təmsilçimiz şəxsi görüşdə də erməni rəqibindən güclü olub.
Qeyd edək ki, turnirin əsas mərəhələsi bu gün start götürəcək. Qrossmeysterimiz ilk turda Yevgeni Tomaşevski ilə qarşılaşacaq.