Məmmədyarovdan uğurlu start

Dohada Şahmatın rapid növü üzrə Dünya çempionatı start götürüb. SportLine.az xəbər verir ki, Azərbaycan yarışda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Rauf Məmmədov və Sərxan Ahaşımovla təmsil olunur.

İlk gündə artıq beş tur arxada qalıb. Təmsilçilərimizdən ən yaxşı göstərici Ş.Məmmədyarova məxsusdur. Keçirdiyi oyunların yalnız birində məğlub olan zəka sahibi 4 xalla 8-cidir.

Teymur Rəcəbov 3 xalla 36-cı, Arkadi Naydiç eyni xalla 41-ci, Rauf Məmmədov 2.5 xalla 64-cü, Sərxan Ahaşımov isə 2 xalla 81-ci sırada yer alıb.

Qeyd edək ki, yarışın daha beş turu bu gün olacaq.