"Mənim başqa seçimim qalmamışdı"- Dzüba "Akron"a keçidindən danışıb
Rusiya millisinin sabiq hücumçusu Artyom Dzüba "Akron"a transferini dəyərləndirib.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, etdiyi seçimdən peşman olmadığını bildirən 36 yaşlı hücumçu bu qərarı almaqda ətrafındakı insanların böyük rolu olduğunu deyib.
"Hörmət etdiyim insanlara danışdım və onlar mənim bu qərarımı dəstəklədilər. Mənim artıq başqa seçimim yox idi.
Başqa bir seçim etsəydim, yəqin ki, özüm də peşman olardım.Bu şəhərdə mənə mübasibət çox yaxşıdır. Yəqin ki, bu boşuna deyil. Belə də olmalıdır" deyə "İzvestiya" internet portalı təcrübəli hücumçunun sözlərindən sitat gətirib.
Xatırladaq ki, Dzüba daha əvvəl "Lokomotiv", "Spartak" və "Zenit" kimi klubların formasını geyinib.