“Məqsədimiz Azərbaycanı məğlub etməkdir”

“Avropa çempionatının bir parçası olmaq qürurvericidir. Hazırda Azərbaycanda olduğumuz üçün şadıq”. SportLine.az Futbolxeber.az saytına istinadən xəbər verir ki, bu sözləri Portuqaliyanın U-17 millisinin kapitanı Dioqo Keyruş deyib.

Mayın 5-də Bakıda keçiriləcək Avropa çempionatı hgaqda danışan gənc futbolçu, hədəflərinin çempionluq olduğunu vurğulayıb: “16 komandanın hər biri çempion olmaq istəyir. Bizim də məqsədimiz kuboku qazanmaqdır. Təbii ki, bu, asan olmayacaq. Amma sona qədər mübarizə aparacağıq”.

Keyruş birsigün Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan da söz açıb: “Azərbaycan yığması haqda məlumatımız var. Rəqibin bizə hansı problem yarada biləcəyindən xəbərdarıq. Baş məşqçimiz lazımi məlumatları verib”.

Portuqaliyanın kapitanı yığmamızı məğlub etməyə çalışacaqlarını vurğulayıb: “Azərbaycana hörmətlə yanaşırıq. Rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. Lakin məqsədimiz qələbədir. Turnirə 3 xalla başlamaq istəyirik”.