Mərakeş millisi məğlubedilməzlik seriyasını 32 oyuna çatdırdı
2026-cı il Dünya çempionatında uğurlu çıxışını davam etdirən Mərakeş millisi növbəti tarixi göstəriciyə imza atıb.
Sportline.az xəbər verir ki, Afrika təmsilçisi məğlubedilməzlik seriyasını 32 oyuna yüksəldib.
Dünya çempionatının qrup mərhələsində də inamlı oyun sərgiləyən Mərakeş millisi uzun müddətdir rəqiblərinə uduzmur.
Bu barədə “90 Min” nəşri məlumat verib.
Qeyd edək ki, Mərakeş seçməsi son illərdə həm Afrika qitəsində, həm də beynəlxalq arenada sabit və uğurlu çıxışı ilə diqqət çəkir. 32 oyunluq məğlubedilməzlik seriyası komandanın son dövrlərdəki ən təsirli nailiyyətlərindən biri hesab olunur.