Mert Hakandan Musleraya sərt açıqlama

“Fənərbağça”nın 30 yaşlı futbolçusu Mert Hakan Yandaş sərt açıqlamaları ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, “Fənərbağça”nın oyunçusu Mert Hakan Yandaş “Mourinyo istəmirsə, gedə bilər” deyən Musleraya belə cavab verib;

“Hərkəs öz qapısının önünü təmizləsin, öz işinə baxsın. Bizim məşqçimiz haqqında danışmasınlar. Mələk üzlü görünürlər, həmişəki kimi”, - deyə Mert Hakan Yandaş bildirib.

Qeyd edək ki, Mert Hakan bu açıqlamanı “Fənərbağça” – “Sivasspor” matçından sonra jurnalistlərə müsahibə verərkən söyləyib.