Məşhur futbolçu koronavirusa tutuldu

“Yuventus” klubunun futbolçusu Daniele Ruqani koronavirusa yoluxub.

Sportline.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2015-ci ildən Turin kubunda çıxış edən 29 yaşlı futbolçu bu mövsüm A Seriyasında 3 oyuna çıxıb.

Xatırladaq ki, koronavirus epidemiyasına görə İtaliyada bütün futbol yarışları dayandırılıb.