Məşhur futbolçular gecə klubunda
Məşhur braziliyalı futbolçu Ronaldinyo "İnstaqram"da etdiyi paylaşımla diqqət çəkib.
Sportline.az xəbər verir ki, 41 yaşlı "sambaçı" məşhur futbolçular - Paulo Dibala, Pol Poqba və Bles Matyuidi ilə birgə şəklini paylaşıb. Bu foto bir neçə saat ərzində 2 milyondan çox insan tərəfindən bəyənilib.
Braziliyanın "Globo Esporte" nəşri yazıb ki, futbolçuların görüşü təsadüfən Mayamidəki (ABŞ) gecə klublarından birində reallaşıb.