Məşhur güləşçi Azərbaycana qayıtdı
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Ukraynadan Azərbaycana qayıdıb.
Sportline.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Mariya ötən həftə Bakıya gəlib.
O, hazırda milli komandanın məşqlərinə qatılır.
Qeyd edək ki, aşağı çəkidə 2 qat dünya və 8 qat Avropa çempionu olan Mariya Stadnik əslən Lvovdandır. 34 yaşlı Stadnik Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb. O həm də Bakı-2015 I Avropa Oyunlarının və Minsk-2019 II Avropa Oyunlarının qalibidir.