Məşhur hakim göz yaşlarına hakim ola bilmədi

İtaliyalı referi Daniele Orsato avrokuboklardakı karyerasını bitirib.

Sportline.az xəbər verir ki, məşhur referinin son oyunu UEFA Çempionlar Liqasının PSJ - "Borussiya" matçı olub.

Ötən gecə keçirilən qarşılaşmadan sonra hisslərini cilovlamaqda çətinlik çəkən referi göz yaşlarına da hakim ola bilməyib.

Qeyd edək ki,  futbolsevərlər onu Avropa çempionatında da iş başında görəcəklər.

İtaliyalı hakim AVRO:2024-dən sonra karyerasını bitirmək qərarına gəlib.