Məşhur idmançı zorlamaya görə cəzalandı
Kanadalı fiqurlu konkisürən Nikolay Serensen seksual zorakılığa görə cəzalandırılıb.
Sportline.az xəbər verir ki, o, 6 il bütün yarışlardan kənarda qalacaq.
Bu haqda amerikalı jurnalist Kristin Brenan məlumat yayıb.
Kanadanın idmanda zorakılığa qarşı təşkilatının qərarı dəyişməz olaraq qalacaq.
Qeyd edək ki, 35 yaşlı idmançıya qarşı ittiham bu ilin yanvarında irəli sürülmüşdü.
Təsdiq olunmuş iddiaya görə, Serensen 2012-ci ildə Konnektikut ştatında qadın həmkarına qarşı zorakılığa yol verib.