Məşhur ispan mütəxəssis Bakıda
|
"Bakı"nın sabiq baş məşqçisi Milinko Pantiç Bakıdadır. Sportline.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" - "Atletiko" oyununu izləmək üçün paytaxtımıza səfər edib. İspaniyalı qonağı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında "Bakı"nın vitse-preizdenti Yaşar Seyidov qarşılayıb. Qeyd edək ki, "Atletiko"nun əfsanələrindən olmuş M.Pantiç 2013-cü ildə "Bakı"nın baş məşqçisi təyin edildiyi günə qədər Madrid klubunun əvəzedici heyətini çalışdırıb. |
