Məşhur klubda yeni baş məşqçi

Fransanın "Marsel" klubunun baş məşqçi postuna Xorxe Sampaoli təyin olunub.

Sportline.az xəbər verir ki, 60 yaşlı mütəxəssislə müqavilə 2023-cü ilin yayınadək bağlanılıb. Çilidən olan mütəxəssis yeni vəzifədə Andre Villaş-Boaşı əvəzləyib.

Sampaoli Braziliya "Atletiko Mineyro"sunda son oyununu fevralın 26-da keçirib. Villaş-Boaş isə "Marsel"i bir neçə həftə öncə tərk edib. Bu komanda Fransa Liqa 1-də 25 oyundan sonra 7-ci pillədə gedir.