Məşhur klubda yeni baş məşqçi

"Ayaks"ın yeni baş məşqçisi məlum olub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Niderland klubunun baş məşqçi postu Con Heytinqaya həvalə olunub.

40 yaşlı mütəxəssis ən azı cari mövsümün sonunadək komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, Con Heytinqa bu vəzifədə Alfred Şroyderi əvəzləyib.