Məşhur pilot üçün yeni komanda

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari" pilotu Sebastyan Fettel "Racing Point" komandasının sahibi Lourens Strolla görüşüb. 

Sportline.az "F1-Insider" nəşrinə istinadən xəbər verir ki, almaniyalı sürücünün mümkün keçidi ilə bağlı danışıqlar aparılıb. Son qərarı məhz 4 qat dünya çempionu verəcək. 

Qeyd edək ki, Sebastyan Fettel mövsümün sonunda "Ferrari"dən ayrılacaq.