Messidən emosional reaksiya

"İnter Mayami"nin kapitanı Lionel Messi MLS-də daha bir uğurlu oyun keçirib.

Sportline.az xəbər verir ki, argentinalı ulduz "Filadelfiya" üzərində 3-1 hesablı qələbədə əsas pay sahiblərindən olub.

Messi oyundan sonra emosiyalarını gizlətməyib.

"Belə axşamlar üçün darıxıram. Məqsədimizə çatmaq üçün artırmağa davam edirik", - deyə Leo sosial şəbəkədə paylaşım edib.

Qeyd edək ki, "İnter Mayami" bu görüşdə hesabda geri düşsə də, Messinin dublu və Suaresin dəqiq zərbəsi ilə geridönüşlə qələbə qazanıb.