Messinin danışıq apardığı klub müəyyənləşib
PSJ-nin futbolçusu Lionel Messi hazırda təkcə Paris təmsilçisi ilə danışıqlar aparır.
Sportline.az xəbər verir ki, bu barədə "Ole" məlumat yayıb. Bildirilib ki, argentinalı hücumçu Avropada oynamağa davam etmək istəyir. PSJ Avropada yeganə komandadır ki, futbolçu ilə danışıqlar aparır. Klub Messiyə müqaviləni daha bir mövsüm uzatmağı təklif edib. 35 yaşlı futbolçu ilə maraqlanan “İnter Mayami” onu 2024-cü ilin yayında heyətinə qatmağı düşünür.
Qeyd edək ki, Messinin PSJ ilə hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.