Messinin müqaviləsində milli ilə bağlı bənd
Lionel Messi PSJ ilə imzaladığı müqaviləyə əsasən, Argentina millisinin oyunlarına üstünlük vermək hüququna malikdir .
Sportline.az xəbər verir ki, bu barədə TN məlumat yayıb. 35 yaşlı hücumçunun Fransa klubu ilə müqaviləsində Argentina millisinində rəsmi və ya yoldaşlıq oyununa üstünlük vermək hüququna malik olan bənd daxildir.
Paris təmsilçisinin DÇ-2022 öncəsi iki oyunu var. Lakin Messi noyabrın 13-də "Oser"lə Liqa 1-in 15-ci tur oyunundan əvvəl Argentinaya getməyə hazırlaşır. O, ölkə çempionatında "Loryen"lə matçda oynayacaq və növbəti gun - noyabrın 7-də PSJ-nin bazasını tərk edəcək .
Qeyd edək ki, Argentina DÇ-2022 -də ilk oyununu noyabrın 22-də keçirəcək. Səudiyyə Ərəbistanı onun rəqibi olacaq.