Messiyə fantastik məbləğdə təklif

Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu Lionel Messini heyətinə qatmaq istəyir. 

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, sözügedən klub Argentina millisinin kapitanına ildə 220 milyon avro məbləğində müqavilə təklif etməyə hazırdır.

Bu, "Əl Nəsr"in Kriştiano Ronaldo ilə bağladığı müqavilədən daha üstündür. 

38 yaşlı Ronaldu yeni klubunda ildə 177 milyon funt-sterlinq (215 milyon dollar) qazanacaq.

Səudiyyə Ərəbistanı hökuməti isə, Dünya Kubokunun sahibinin yerli çempionata gəlişini asanlaşdırmaq üçün məhdud əmək haqqı qanunlarını dəyişməyə də hazır olduğunu bildirib.