Messiyə görə qiymətlər ikiqat artırıldı

Lionel Messinin formasını geyindiyi "İnter Mayami" növbəti mövsümün bütün abunələrini satıb.

Sportline.az xəbər verir ki, komandanın azarkeşləri 2024-cü il üçün daha artıq xərcə düşüblər.

Belə ki, biletlərin qiyməti ötən mövsümlə müqayisədə ikiqat artırılıb.

Bunun Lionel Messi ilə əlaqədar olduğu bildirilir.

Qeyd edək ki, Mayaminin "Drayv Pink" arenası 18 min azarkeş tutumuna malikdir.