"Milan" 7, "İnter" və "Yuventus" 3 qolla qalib gəldi
İtaliya A Seriyasında 36-cı turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə 8 görüş keçirilib.
“Kalyari” – “Fiorentina” və “Sampdoriya” – “Spetsiya” matçlarında qalib müəyyənləşməyib. “Bolonya” evdə “Cenoa”ya uduzubsa, “Atalanta” “Benevento”nu məğlub yola salıb. “Latsio” “Parma” ilə oyunda son dəqiqə qolu ilə qalib gəlib.
Çempionluğunu rəsmiləşdirən “İnter”in bu turdakı rəqibi “Roma” olub. Dörd qolun qeydə alındığı qarşılaşmada milanlılar inamlı qələbəyə seviniblər. Ötən tur səfərdə “Yuventus”u məğlubiyyətə uğradan “Milan” səfərdə "Torino"nu 7 cavabsız qolla udub. “Yuventus” isə “Sassuolo”nun qonağı olub. Turin təmsilçisi səfərdən 3 xalla dönməyi bacarıb.