"Milan" baş məşqçi ilə müqaviləni yeniləyir
"Milan" baş məşqçisi Stefano Pioli ilə müqaviləsini yeniləyəcək.
Sportline.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira məlumat yayıb. Tərəflər 2024-cü ilin yayınadək sözləşmə imzalayacaqlar. Yeni müqaviləyə əsasən, 56 yaşlı mütəxəssis bonuslar nəzərə alınmadan ildə 3 milyon avro qazanacaq.
Qeyd edək ki, Piolinin hazırkı sözləşməsi 2022-ci ilin yayına qədərdir.