"Milan" çempionluğa namizəd olaraq qalır"

"Milan"ın sabiq baş məşqçisi Arriqo Sakki bu mövsümün çempionu ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli mütəxəssis sabiq komandasını baş mükafata namizəd sayır.

O, fcinter1908.it saytına açıqlamasında "İnter" və "Yuventus" məğlubiyyətlərinə rəğmən "Milan"ın çempionluq imkanlarını yüksək qiymətləndirib.

Qeyd edək ki, 10 turdan sonra 22 xal toplayan "qırmızı-qaralar" yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb.