"Milan" Levandovski ilə maraqlanır
"Milan" "Barselona"nın hücumçusu Robert Levandovskini yanvar ayında heyətə cəlb etmək istəyir.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, 37 yaşlı oyunçunun meneceri İtaliya klubu ilə təmas halındadır.
Levandovskinin Kataloniya klubu ilə sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm meydana çıxdığı 16 matçda 8 qol, 2 asistlə yadda qalıb.