"Milan" yeni transferini açıqlayıb

"Milan" klubu yeni transferini açıqlayıb.

Sportline.az xəbər verir ki, "Brayton"un ekvadorlu futbolçusu Pervis Estupinyan karyerasını "Milan"da davam etdirəcək.

Bu haqda klubun rəsmi saytı məlumat yayıb.

İtaliya klubu bu keçid üçün qarşı tərəfə 17.5 milyon avro ödəyəcək.

Qeyd edək ki, P.Estupinyan yeni klubu ilə 5 illik müqaviləyə imzalayıb.