"Milan"da ciddi itki gözlənilir

"Milan" qapıçısı Mik Menyan klubu tərk edəcək.

Sportline.az 90min-ə istinadla xəbər verir ki, tərəflər arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar alınmayıb.

Fransalı qolkioerin yüksək məvacib tələbi milanlıları qane etməyib.

Menyanın artıq menecerlərinə başqa klub axtarması tapşırığı verdiyi bildirilir.

Qeyd edək ki, onun xidmətində PSJ və "Çelsi" klubları maraqlıdır.