"Milan"dan daha bir transfer

“Milan” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi “Monako”nun oyunçusu Pyetro Pelleqrini transfer edib. 20 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb. O, yeni komandasında 64 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Pelleqri 2018-ci ildən “Monako”da çıxış edir.