"Milan"dan intiqamımı aldım"
Hakan Çalhanoğlu "Milan"ı tənqid atəşinə tutub.
Sportline.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi İtaliya çempionu olduqdan sonra instaqram hesabından açdığı canlı yayımda bu sözləri işlədib.
"Milan"dan intiqamımı aldım. Mənə qarşı çox böyük haqsızlıq etdilər. Azarkeşləri və komanda mənə lazımı dəyəri vermirdi və məni istəmirdilər", - deyib.
Qeyd edək ki, Hakan Çalhanoğlu 3 ildir "İnter"in şərəfini qoruyur.