"Milan"dan təcili qərar

"Milan" "Vilyareal"a icarəyə verdiyi Matteo Qabbiyanı təcili geri qaytarır.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, milanlılar mərkəz müdafiəçisini icarə müddəti bitməmiş geri çağırıblar.

Bu yay İspaniyaya yollanan futbolçunun yenidən Milana qayıtmasında heç bir problem olmayacaq.

Belə ki, "Vilyareal" rəhbərliyi milanlı həmkarlarının müraciətini müsbət cavablandırıb.