“Milan”ın futbolçusu “Beşiktaş”ın radarındadır
“Milan” klubunun nigeryalı futbolçusu Samu Çukvezenin yanvar ayında klubdan ayrılacağı gözlənilir.
Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, “Beşiktaş” rəhbərliyi S.Çukvezenin transferində israrlıdır. İstanbul nəhəngi bu keçid üçün qarşı tərəfə 12 milyon avro ödəməyə hazırdır.
Lakin “Milan”ın rəhbərliyi 25 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Samu Çukvezenin “Milan”la müqaviləsi 2028-ci ilin iyun ayınadək nəzərdə tutulub.