"Milan"ın futbolçusu pul qoyuluşunda təqsirləndirilir

"Milan"ın müdafiəçisi Alessandro Florensi qanunsuz pul qoyuluşunda təqsirləndirilir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Fabrisio Romano sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Italiyanın Turin şəhər prokurorluğu haqqında istintaq işi aparılan 32 yaşlı futbolçunu şübhəli şəxs kimi reyestrə salıb.

İttiham təsdiqini tapsa, Florensini uzun müddətli diskvalifikasiya gözləyir.

Qeyd edək ki, eyni ittihamla "Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali 1 il müddətinə futboldan kənarlaşdırılıb.