Milli Avropa çempionatına yollandı

Bu gün bədii gimnastika üzrə Azərbaycan seçmə komandasının üzvləri Təl-Əviv şəhərində keçiriləcək Avropa çempionatına yola düşüblər.

Sportline.az xəbər verir ki, Azərbaycanı qitə birinciliyində böyüklər arasında Zöhrə Ağamirova, Arzu Cəlilova, gənclər arasında Alina Məmmədova, Kamilla Qafarova və Mədinə Dəmirova təmsil edəcək.

İyunun 16-da isə qrup hərəkətləri üzrə milli komanda qitə çempionatında iştirak etmək üçün İsrailə yollanacaq.