Milli başsız qaldı

Argentina milli komandasının baş məşqçisi Edqardo Bausa istefaya göndərilib. Sportline.az Fox Sport-a istinadən xəbər verir ki. bunu Argentina Futbol Assosiasiyasının prezidenti Klaudio Tapiya açıqlayıb. Xatırladaq ki, Bausa 2016-cı ilin avqustunda həmin postda Xerardo Martinonu əvəzləmişdi. Argentina millisi 59 yaşlı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 8 təsnifat oyununun 3 qələbə çalıb, iki heç-heçə edib, 3 məğlubiyyətə uğrayıb. Komanda hazırda DÇ-2018-in Cənubi Amerika zonasının təsnifat yarışında 22 xalla 5-ci pillədədir.