Milli braziliyalıya həvalə olundu
Futzal üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda braziliyalı Milton Luiz Ziller Juniora həvalə olunub. Xatırladaq ki, millini Kolumbiyada keçiriləcək dünya çempionatı gözləyir. Futzalçılarımız mundialda İspaniya, İran və Mərakeş komandaları ilə eyni qrupda mübarizə aparacaqlar.