Milli FİFA reytinqində geriləyib
Milli komanda FIFA reytinqində daha iki pillə geriləyib.
Sportline.az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda 1148,09 xalla 124-cü sırada qərarlaşıb.
Milli DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya beş cavabsız qolla uduzub.
Bakıda isə Ukrayna ilə heç-heçə edib - 1:1.
Qeyd edək ki, FIFA reytinqinin lideri İspaniya seçməsidir (1875,37).
Fransa siyahıda (1870,92) ikinci, Argentina (1870,32) üçüncüdür.