Milli komanda hazırlığı davam etdirir
Qadın voleybolçulardan ibarət milli komandamız Avropa çempionatına hazırlığı davam etdirir. Sportline.az xəbər verir ki, voleybolçularımız toplanışın son mərhələsinə Sloveniyanın Maribor şəhərində başlayıblar. İlkin olaraq fiziki hazırlıq keçəcək voleybolçularımız ardınca topla məşqlərə üstünlük verəcək. Komandamızın yoxlama matçı keçirəcəyi rəqiblərin adları isə bugünlərdə dəqiqləşəcək. Qeyd edək ki, millimiz toplanışa İtaliyada yekun vuracaq.