Milli komanda növbəti matça çıxır

Azərbaycanın kişilərdən ibarət voleybol millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, yığma doğma divarlar arasında Belçika ilə qarşılaşacaq.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq oyun saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Fərid Cəlalovun başçılıq etdiyi millimiz öncəki matçda səfərdə Avstriya yığmasına 0:3 hesabı ilə uduzub.