Milli komandamız Slovakiyaya yollandı
Avropa çempionatının seçmə qrup oyununda Slovakiya ilə qarşılaşacaq futzal millimiz bu gün səfərə çıxıb.
Sportline.az xəbər verir ki, Bakı - İstanbul-Budapeşt hava reysi ilə hərəkət edəcək komanda Macarıstanın paytaxtından oyunun keçiriləcəyi Slovakiyanın Levitse şəhərinə avtobusla yollanacaq.
“Astrum Laus” hotelində məskunlaşacaq millinin heyətində itkilər var. Zədəli olan Bolinya və Hadi Ahmadi bu görüşdə komandaya kömək edə bilməyəcək.
Baş məşqçi Joze Alesio Da Silva bu səbəbdən, 3-ü qapıçı olmaqla 12 oyunçunun xidmətindən yararlanacaq. Yüngül zədəsi olan Amir Şocayi, baş məşqçi şans verəcəyi təqdirdə, meydana çıxacaq. İki gün əvvəl məşqdə zədələnmiş Bolinya və Hadi Ahmadi isə müalicəsini Bakıda davam etdirəcək. Onların aprelin 14-də Yunanıstanla Bakıda keçiriləcək görüşə qədər hazır olacağı gözlənilir.
Slovakiyaya yollanan heyət:
N |
Ad və soyad |
Klub |
1 |
Rövşən Hüseynli |
Araz-Naxçıvan |
2 |
Emin Kürdov |
EKOL |
3 |
Cavad Məmmədov |
Neftçi İK |
4 |
Xətai Bağırov |
Araz-Naxçıvan |
5 |
Rizvan Fərzəliyev |
Araz-Naxçıvan |
6 |
Fineo De Araujo |
Araz-Naxçıvan |
7 |
İsa Atayev |
Araz-Naxçıvan |
8 |
Amir Şojaei |
Araz-Naxçıvan |
9 |
Ramiz Çovdarov |
Araz-Naxçıvan |
10 |
Tofiq Mikayılov |
EKOL |
11 |
Eduardo Borges |
ACCSS FUTSAL (Fransa) |
12 |
Everton Kardoso |
Levante (İspaniya) |
Qeyd edək ki, aprelin 8-də keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Azərbaycan millisi 4 turdan sonra III qrupda 12 xalla liderdir və Avropa çempionatına vəsiqəni vaxtından əvvəl təmin edib.