Milli komandanın heyəti açıqlandı

Aprelin 5-də Bakıda başlanacaq I Türk Universiadasına qatılacaq qadın voleybolçulardan ibarət millinin heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərliyi altında çıxış edəcək komandanın heyəti belədir:

Odina Bayramova, Ceyran İmanova (Əliyeva), Mariya Kirilyuk, Viktoriya Ağakişiyeva, Leysan İyovkina, Anastasiya Bessonova, Kseniya Pavlenko, Leyla Parşkova, Şəfaqət Alışanova (Həbibova), Yana Əzimova, Bəyaz Əliyeva, Yekaterina Jidkova.

Komandamız aprelin 8-də Qırğızıstanla, bir gün sonra isə Türkiyə ilə üz-üzə gələcək. Hər 2 görüş Dərnəgül Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlanacaq.