Milli qrupun lideridir

Qadın voleybolçular arasında Avropa Liqasının qrup mərhələsinin I dövrəsinə yekun vurulub. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin  yer aldığı B qrupunun son matçında Fransa və Monteneqro üz-üzə gəlib.

Görüş ilk mərhələyə ev sahibliyi edən Monteneqronun çətin qələbəsi ilə başa çatıb. Onlar fransızlardan tay-brekdə güclü olublar – 3:2 (25:19; 20:25; 21:25; 25:17; 15:9).

Bu qarşılaşmanın nəticəsindən asılı olmayaraq, hər 3 görüşdə 3 xal qazanan Faiq Qarayevin yetirmələri qrup liderliklərini saxlayıblar. İkinci dövrənin oyunları iyunun 10-12-də Fransada baş tutacaq.

1

Azərbaycan

3

3

0

9-1

249-196

9

2

Monteneqro

3

2

1

6-5

247-224

5

3

İspaniya

3

1

2

4-8

224-281

2

4

Fransa

3

0

3

4-9

259-278

2