Milli Tacikistan seçməsinə qalib gəldi
Bu gün Azərbaycanın U-16 yığması Belarusun Minsk şəhərində keçirilən UEFA-nın inkişaf turnirində sonuncu oyununa çıxıb.
Sportline.az xəbər verir ki, İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv turnirdəki sonuncu oyununu Tacikistandan olan həmyaşıdlarına qarşı keçirib.
Milli Tacikistanla 2:2 hesablı bərabərə qalıb.
Penaltilər seriyasında daha dəqiq oynayan komandamız qələbəyə sevinib.
Qeyd edək ki, Azərbaycanın U-17 millisi ilk matçında Belarusa 0:4, daha sonra Özbəkistana 0:2 hesabı ilə uduzub.