Milli üzvü Mourinyonun hədəfində
Rusiyanın "Zenit" klubunun və İran millisinin hücumçusu Sərdar Azmun karyerasını İtaliya A Seriyasında - "Roma"da davam etdirə bilər.
Sportline.az xəbər verir ki, informasiyanı "Corriere dello Sport" yayıb.
Mənbə "canavarlar"ın baş məşqçisi Joze Mourinyunun sözügedən hücumçunun xidmətində şəxsən maraqlı olduğunu və Azmunun təklifə isti yanaşdığını vurğulayıb. Paytaxt təmsilçisi "Zenit"lə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq forvardı azad agent qismində heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Sərdarla "Napoli", "Latsio", "Olimpik Lion", "Fənərbağça", "Vilyarreal" və Milan "İnter"i də maraqlanır.