Millidə oynamaq üçün 1 milyon avro istəyən futbolçu kimdir?
Qazaxıstan Futbol Federasiyasının (QFF) milli komandaya cəlb etmək istədiyi alman yarımmüdafiəçi Robert Bauer qarşı tərəfdən 1 milyon avro istəyib.
Sportline.az xəbər verir ki, informasiyanı "Meta-ratings.kz" yayıb.
Mənbə bu tələblə razılaşmayan QFF rəhbərliyinin onun xidmətindən imtina etdiyini vurğulayıb.
Qeyd edək ki, bu ilin iyulunda Tula "Arsenal"ından ayrılan 26 yaşlı Bauerin valideynləri və iki bacısı məhz Qazaxıstanda doğulub. Ailə Almaniyaya köçəndən sonra Robert dünyaya gəlib.