Millidə yeni mütəxəssis

Ekvador milli komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az Ekvador Futbol Federasiyasına istinadən xəbər verir ki, yığmanı Feliks Sançes çalışdıracaq.

O, bu vəzifədə Qustavo Alfaronu əvəzləyib. Onun qarşısına yığmanı DÇ-2026-nın final mərhələsinə çıxarmaq tapşırığı qoyulub.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis son olaraq Qətər millisini çalışdırıb.

Banner