Millimiz 10-cu yerdə

Futzal üzrə milli komandaların yeni reytinq cədvəli açıqlanıb. SportLine.az xəbər verir ki, əvvəlki siyahı ilə müqayisədə 1 pillə irəliləyən Tino Perezin yetirmələri 10-cu yerdə qərarlaşıblar. Komandamızın aktivində 1395 xal var.

Dünya çempionatının "pley-off" mərhələsində millimizin rəqibi olan Hollandiya seçməsi isə 22-ci pillənin sahibidir. 

Siyahıya yenə İspaniya başçılıq edir. İlk "10-luq" isə belədir:

1. İspaniya
2. Braziliya
3. Rusiya
4. İtaliya
5. İran
6. Argentina
7. Portuqaliya
8. Ukrayna
9. Qazaxıstan
10. Azərbaycan