Millimiz 5-ci oyunda da məğlub oldu
18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün beşinci oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşıb.
Görüş Azərbaycan millisinin məğlubiyyəti ilə yekunlaşıb - 0:3 (7:25, 10:25, 7:25).
U-18 ilk 4 turda Latviya, Ukrayna, Estoniya və Litvaya da 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.