Millimiz Avropa çempionatına 4 nəfərlə yollanır
Sabah İtaliyanın Pezaro şəhərində akrobatika üzrə aşağı yaş qrupları arasında Avropa çempionatına start veriləcək.
Sportline.az xəbər verir ki, 12-19 yaşlı gimnastlar arasında Azərbaycanın 4 təmsilçisi mübarizə aparacaq. Qarışıq cütlərin yarışında Milana Əliyeva ilə Nizam Xamidulin və Samirə Rüstəmova ilə Rauf Cabbarov məharətlərini nümayiş etdirəcək.
Qeyd edək ki, sentyabrın 26-dək davam edəcək qitə birinciliyində 28 ölkədən 456 gimnast mübarizə aparacaq.