Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı

San Marinoda 18 yaşadək basketbolçu oğlanlar arasında FİBA Avropa çempionatına start verilib. SportLine.az Apasport.az saytına istinadən xəbər verir ki, Azərbaycan millisi də C divizionunda mübarizəyə qoşulub.

Baş məşqçi Tahir Baxşıyevin rəhbərlik etdiyi yığmamız ikinci dəfə qatıldığı yarışa ötənilki çempionatın qalibi Andorra ilə matçla başlayıb. Gərgin mübarizə şəraitində keçən oyun millimizin məğlubiyyəti ilə nəticələnib - 59:69 (14:13, 16:13, 14:18, 15:25).

Millimiz növbəti oyununu iyulun 10-da keçirəcək. Komandamız Cəbəllütariq yığması ilə görüşəcək. Matç Bakı vaxtı ilə saat 14.00 başlayacaq.