Millimiz dünya çempionatına hazırlaşır

Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Milli Karate Federasiyasının 18 idmançısı Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sportline.az qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, kumite yarışlarında Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq), Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61kq) və İrina Zaretska (68 kq) qüvvələrini sınayacaqlar.

Kişilərin komanda yarışlarına Firdovsi Fərzəliyev, Rafiz Həsənov (hər ikisi 67 kq) və Murad Hacızadə (+84 kq) qatılacaqlar. Qadınlarda isə fərdi yarışlarda çıxış edəcək karateçilər döyüşəcəklər.

Katada Roman Heydərov bacarığını nümayiş etdirəcək.

Parakaratedə məşqçilər heyəti Nihat Məmmədzadə, Eldar Əhmədov, Emiliya Mitlinova, Xalıqov Vidadi və Ariana Mitlinovaya güvənəcəklər.