Millimiz dünya çempionatının finalında

Azərbaycanın kişi paralimpiyaçı cüdoçulardan ibarət seçmə komandası dünya çempionatının finalına yüksəlib.

Sportline.az xəbər verir ki, milli komandamız yarımfinalda Qazaxıstanla üz-üzə gəlib. 

Qarşılaşma idmançılarımızın 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan komandası fərdi yarışı bir gümüş, üç bürünc medalla başa vurub.